Gecə Qarabağla bağlı aksiya keçirilib – İcra başçısı hadisə yerində

saytların hazırlanması

Evə çatdırılma

Gecə Qarabağla bağlı aksiya keçirilib – İcra başçısı hadisə yerində

Xalqın səsi

13 İyul 2020 07:34 4298


Bu gün gecə saatlarında Bakının Qaradağ rayonunda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı aksiya keçirilib. Aksiyada “Qarabağ” şüarları səsləndirilib və yürüş keçirilib.

Polis yürüşün qarşısını alıb, bundan sonra isə Qaradağın icra başçısı Süleyman Mikayılov aksiyaçıların qarşısına çıxıb, onları dağılışmağa çağırıb. “Sizi başa düşürəm, çətindir, amma Ali Baş Komandanın əmrini gözləməliyik”, - icra başçısı aksiyaçılara müraciətlə bildirib.

S.Mikayılov polisə aksiyaçıları saxlamamaq göstərişini verərək ərazini tərk edib. Pepperoni pizza

Bundan sonra aksiyaçılar ərazini tərk etməyə başlayıblar. Polis dağılışmaq tələbinə əməl etməyən bəzi aksiyaçıları saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!