Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbir zamanı sərxoş, yol polisinə tabe olmayan, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən sürücülərə rast gəlinib.
Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, daş parçaları və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsinə nail olurlar. Nəsimi rayonunda saxlanılan “Vaz 2107” markalı avtomobilin yük yeri yoxlanılan zaman oradan iri daş parçaları aşkar olunub. Toyuqlu pizza
Profilaktik tədbir zamanı daha bir sürücü avtomobili sürətlə, digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradaraq idarə etdiyi üçün Yasamal rayonu ərazisində saxlanılıb. “Kia” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarının pozduğu üçün onun barəsində inzibati protokol tərtib edilib.
Tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişiklik edən sürücülər də müəyyən edilib. Həmin sürücülər inzibati qaydada cərimə edilib və nəqliyyat vasitələri cərimə dayanacağına yerləşdirilib.
Telegram kanalımız