Gecələr küçəyə çıxmayın! -   Diaspordan həmvətənlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Gecələr küçəyə çıxmayın! - Diaspordan həmvətənlərə XƏBƏRDARLIQ

Dünya

25 Mart 2024 20:43 3101


Rusiyada olan tacik diasporu Tacikistan vətəndaşlarına axşamlar evlərini tərk etməməyi tövsiyə edib.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, tacik icmalarının rəhbərləri həmvətənlər üçün tövsiyələr hazırlayıblar. Onlara ictimai tədbirlərdə iştirak etməmək və axşam işdən sonra evdən çıxmamaq tapşırılıb.

Həmçinin, bir sıra işəgötürənlər öz işçiləri olan Tacikistan vətəndaşlarından cari şəxsi məlumatları - tam adı, pasport məlumatları və yaşayış yeri haqqında məlumatları təqdim etməyi xahiş ediblər. Dördpendirli pizza

Eyni zamanda, "Crocus"da baş verən terror aktından sonra diaspor rəhbərlərinə Tacikistan vətəndaşlarına qarşı qanunsuz hərəkətlərlə bağlı heç bir şikayət daxil olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!