Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi -   Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Hadisə

20 May 2022 22:15 1014


Gədəbəy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 1936-cı il təvəllüdlü Nəcəf İsmayılov və onun həyat yoldaşı, 1938-ci il təvəllüdlü Müşginaz Pirverdiyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə N.İsmayılov dünyasını dəyişib. M.Pirverdiyeva isə reanimasiya şöbəsinə yerləşdirilib. pizza mizza

Qeyd edək ki, onlara köməyə gedən qonşuluqda olan qohumları, 1974-cü il təvəllüdlü V.Məmmədova da zəhərlənib. Ona isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!