Gədəbəydə 8 nəfərin yaralandığı dəhşətli qəzanın   VİDEOSU

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə 8 nəfərin yaralandığı dəhşətli qəzanın VİDEOSU

Hadisə

14 Avqust 2021 19:51 2688


Gədəbəydə baş vermiş ağır yol nəqliyyat hadisəsinin videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. 

Yenisabah.az xəbər verir ki, 99-XV-681 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü Aytəkin Məmmədova yüksək sürətlə hərəkət edərkən sərt döngədə idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşaraq 8 nəfər xəsarət alıb.

Avtosfer.az-a verilən məlumata görə "Toyota"nın sürücüsü qarşıdakı "VAZ" markalı avtomobilə çatmaq üçün yüksək sürətlə hərəkət edirmiş. Lakin döngə sərt olduğundan və sürət həddi yüksək olduğu üçün qəza qaçılmaz olub. pizza mizza

Xatırladaq ki, yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğludur (2018).

Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!