Gələcək Cəbrayıl necə olacaq... 

saytların hazırlanması

Evə çatdırılma

Gələcək Cəbrayıl necə olacaq... 

Sosial

26 Yanvar 2024 11:24 1481


Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilən yaşayış massivinin yeni görüntüləri müzakirələrə səbəb olub. 

Fotolara baxan insanlar yeni yaşayış massivi üçün məhdud ərazi ayrıldığını düşünürlər. Hətta bəzi dostlarımız 33 binadan ibarət olan yaşayış kompleksinin cəmi 1,2 hektar ərazidə inşa olunduğunu iddia edirlər. 

Siz də razılaşarsınız ki, bu müzakirələr doğma yurda qayıtmağa hazırlaşan yüzlərlə cəbrayıllını məyus edib.  Pepperoni pizza

Hesab edirəm ki, bəzi dəqiqləşdirmələrə ehtiyac var. Əvvəla, qeyd etmək istəyirəm ki, Cəbrayıl Yaşayış Kompleksi 1,2 deyil, 7,87 hektar ərazidə inşa olunacaq. Yaşayış kompleksi 7 beşmərtəbəli və 26 dördmərtəbəli olmaqla, 33 yaşayış binasından ibarətdir. Mənzillərin sahəsini normal qəbul etmək olar. 

Birotaqlı mənzilləri 45-50 kvadratmetr, ikiotaqlı mənzillər 55-90 kvadratmetr, üçotaqlı mənzillər 90-108, dördotaqlı mənzillər isə 110-120 kvadratmetr olacaq. Bütün mənzillər tam təmirli mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə, mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə və məişət üçün isti su ilə təmin olunacaq. 

Aydın məsələdir ki, bir cəbrayıllı olaraq bu müzakirələrə səssiz qala bilmərəm. Dünən inşaat işlərini həyata keçirən bəzi şəxslərlə əlaqə saxladım. Məni inandırmağa çalışdılar ki, nəinki cəbrayıllıların, hətta qeyri-cəbrayıllıların narazılığına səbəb olan məlum foto uzaqdan çəkildiyi üçün Cəbrayıl Yaşayış Kompleksi barədə dolğun təəssürat yaratmır. Tikintiyə rəhbərlik edən şəxslər layihənin zərgər dəqiqliyi ilə icra olunduğunu dedilər. Onlar əmindilər ki, 7,87 hektar ərazidə inşa olunan yaşayış kompleksi müasir standartlara tam cavab verəcək. Cəbrayıl Yaşayış Kompleksinin yaşıllıqlara qərq olacağını bildirdilər. 

Təki, belə olsun... 

Uzun illər ağır və məşəqqətli köçkün həyatı keçirən cəbrayıllıların doğma yurda qayıdıb geniş, rahat, işıqlı mənzillərdə yaşamağa haqqı çatır. 

Dəyərli həmyerlilərimi məyus olmamağa, inşaat işləri başa çatana kimi səbrli davranmağa çağırıram. 

Cəbrayılda görüşənədək... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!