Space Tv-də Amil Xəlilin "Gəl dərdini danış" verilişində növbəti maraqlı anlar qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bir neçə ay əvvəl 4 ildən çoxdur övladını görməyən Mələkxanım Amil Xəlilin sayəsində balasına studiyada qovuşmuşdu . Qayınana nəvəsini gəlinə verməyəcəyini bildirmişdi. Səbəb onu körpə yaşlarında atıb getməsidir. Mələkxanım balasını isə atmadığını dəfələrlə arxasınca gəldiyini, amma uşaqı evdə tapmadığını bildirib.
Ötən gün Ali məhkəmənin qərarı ilə uşaq anaya verilib. Yenidən birbaşa efirdə görüşən ailələr balaca İlahənin gələcəyindən danışıblar. Amma qayınana yenə də uşaqı anaya verməyəcəyini bildirib. Ana isə son anda maraqlı addım atıb. Balasına görə qayınanası Rəsmiyənin qarşısında diz çöküb yalvarıb. "Xahiş edirəm, balamı məndən ayırma. Yalvarıram". Marqarita pizza
Telegram kanalımız