Bakıda nişanlısını intihar həddinə çatdırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Elvin Quliyevin (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İbtidai istintaq orqanı tərəfindən Elvin Quliyevə qarşı irəli sürülən ittihama əsasən o, 1995-ci ildə Şamaxı rayonunda anadan olmuş Samirə Əhmədovanı intihar həddinə çatdırıb.
Elvin Samirə ilə sosial şəbəkədə tanış olub və evlənməyə qərar veriblər. “Hə”dən sonra onlar tez-tez görüşməyə başlayıblar. İyulun 29-da Elvin Şamaxı şəhərində yerləşən mənzillərdən birində Samirə ilə görüşüb. Həmin vaxt onlar ehtiraslı hərəkətlər ediblər. Elvin toydan əvvəl Samirə ilə cinsi əlaqədə olub. pizza
Avqustun 24-də onlar nişanlanıb və bundan sonra Elvin Samirəyə qarşı əxlaq normalarına uyğun olmayan hərəkətlər edib.
O, Samirənin başqa şəxslərlə sevgi münasibətində olması, kafelərdə mahnı oxumaqla yüngül həyat tərzi sürməsini deməklə özünün yaxın qohumları, tanışları, eləcə də cəmiyyət arasında nişanlısının əxlaqı ilə əlaqədar mənfi rəy yaradıb.Elvin mütəmadi olaraq Samirənin ləyaqətini alçaldıb.
Buna baxmayaraq, Samirə toya hazırlaşmaqla iyul-avqust aylarında cehizlərini Elvinin yaşadığı Bakı şəhəri, 9-cu mikrorayondakı mənzilinə yerləşdirib.
Toy məclisini sentyabrın 7-nə təyin edilib. Toy günü təyin olunmasına baxmayaraq Elvin Samirənin telefon zəngləri və yazmış olduğu mesajlarını cavablandırmayıb. Sentyabrın 6-da görüşərkən onunla amansız rəftar etməklə planlaşdırılmış toyun baş tutmayacağını və onunla ailə qurmayacağını bildirib.
Bu görüşün ertəsi günü Samirə belə bir məzmunda məktub yazıb: “Mən Samirə Əhmədova 23 iyun tarixində Elvin Quliyev ilə tanış oldum. 29 iyulda onun tərəfindən zorlandım, 24 avqustda nişanımız oldu və pozuldu. Mənimlə ailə qurmaqdan imtina etdi, ekspertizadan boyun qaçırdı. Yaşayacağımız binadan ataraq canıma son verəcəm. Hər şey üçün cavabdeh uşağımın atasıdır. Bu yazını özüm yazdım, imzamla təsdiqləyirəm”.
Sonra o Binəqədi rayonu, 9-cu mikrorayon qəsəbəsində hündür mərtəbəli binanın 17-ci mərtəbəsinin ümumi istifadə edilən həyətə açılan eyvanından özünü yerə atıb və həlak olub.
İstintaq orqanı tərəfindən Elvin Quliyevin barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.
Elvin ifadəsində bildirib ki, 2016-cı ilin iyununda Samirə ilə tanış olub və avqustun 24-də nişanlanıblar: “Samirə ilə nişanlandıqdan sonra onun barəsində mənə müəyyən xoşagəlməz məlumatlar çatmağa başladı. Samirəyə ciddi hislərim olduğu üçün deyilənlərə inanmadım. Bunları Samirə ilə müzakirə edib, aydınlaşdırmaq istədim.
Samirə məlumatların az hissəsinin doğru olduğunu, o cümlədən ”Şəlalə” kafesində mahnı ifa etdiyini boynuna aldı. Artıq onunla bağlı məndə şübhələr yarandığından telefon zənglərinə cavab vermədim.
Mən Samirəni sevmişəm və el adəti ilə toy mərasimi keçirmək istəmişəm. Onu aldatmaq və ya hisləri ilə oynamaq niyyətim olmayıb. Samirə haqqında eşitdiklərimdən sonra toyu təxirə salmaq istəmişəm”.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Elvin Quliyevin əməli sübuta yetirilməyib. Məhkəmə belə nəticəyə gəlib ki, Elvin Quliyev tərəfindən Samirə Əhmədovaya heç bir təzyiq göstərməyib.
Samirə Əhmədovanın bakirəliyi başqası tərəfindən pozulduğu üçün intihara əl atıb. Bu səbəbdən məhkəmə Elvin Quliyevin barəsində bəraət hökmü çıxarıb. Onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilib.
Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə nə prokurorun protesti, nə də zərərçəkmiş tərəfin şikayəti təmin olunub.
Bu qərardan narazı qalan hər iki tərəf Ali Məhkəməyə müraciət edib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə prokurorun protesti, zərərçəkmiş tərəfin isə şikayəti araşdırılıb. Qərara görə, prokurorun kasasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunmayıb.
Teleqraf.com
Telegram kanalımız