Gəlirlər artdı - Maliyyə Nazirliyindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Gəlirlər artdı - Maliyyə Nazirliyindən AÇIQLAMA

İqtisadiyyat

07 Aprel 2026 11:56 391


Bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Maliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599,0 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib. pizza mizza

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri  isə 9 043,6 milyon manat məbləğində icra edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!