Gəlmə ay müştəri, qızıl deyil dişləri!

saytların hazırlanması

Evə çatdırılma

Gəlmə ay müştəri, qızıl deyil dişləri!

İdman

11 May 2019 12:13 1164


Xəbər verdiyimiz kimi bu gün baş tutacaq “Neftçi” – “Qarabağ” oyunundan öncə “Neftçi” tərəfi biletin 50 manata olduğunu bildirib. Bu Azərbaycanda ilkdir filan, bu məsələləri keçirik. Bununla ilk olmaqdansa, ən sonuncu pilləni tutmaq daha yaxşı olar. 

Bilet artımı, PFL-in dünənki bəyanatı göstərir ki, bu, “Qarabağ”ın çempionluğunu həzm edə bilməməkdir. Yəni bütün müzakirələrin fonunda belə qərara gəlmək o qədər də çətin olmadı. Əgər çempionatın taleyi “Neftçi” – “Qarabağ” matçına qalsaydı, o zaman indiki vəziyyət fərqli olardı. “Neftçi” bəlkə də, bileti pulsuz edərdi ki, gəlin baxın, bircə əyriniz-əksiyiniz olmasın. Amma “Qarabağ”ın vaxtından əvvəl çempionluğunu rəsmiləşdirməsi rəqibdə qıcıq yaratdı. Bu qıcığı mübarizə ilə, meydanlarda göstərdiyi oyunla yatıra bilməyən klub rəhbərliyi qərara aldı ki, “topu götürək, “oyunumuzu” başqa yerdə oyanayaq”. Yaxşı, bəs vurmaq istədikləri zərbə kimədir? “Qarabağ” azarkeşlərinə. “Neftçi” öz azarkeşlərinə bileti 50 manata edər? Təbii ki, yox! Amma vura biləcəkmi, ona da - yox. Necə deyərlər, pul ağdamlılarda olur, bir də ağdamlılarda. Bu qorxutmaq işi yenə də rəqibin karına gəlməz, gələ bilməz. 

Yeri gəlmişkən, “Neftçi” tərəfi bilirdi ki, bu matça azarkeşləri o qədər də gəlməyəcək. Səbəbi yəqin, anlayırsınz, çünki çempionluğu gözləyən, illərdir bunun həsrətini çəkən tərəfdar istəməz ki, rəqib onların meydanında kuboku başları üstünə qaldırsın, onlar da buna şahidlik etsin. Klub rəhbərliyinin narahat olduğu məqamlardan, qiyməti “kəllə-çarxa” qaldırmağının səbəblərindən də ən birincisi budur. Onsuz “Qarabağ” azarkeşlərinin sayı daha çox olacaq. Gəlin, izin verməyək. pizza hut

İndiki zamanda 50 manata toya pul yazdırmırlar heç. Nə olub, “Neftçi” toy edir? Burdan Tiflisə yol 34 manatdır, bilet isə 50 manat. Məntiqsizlikdir, absurddur. Biz Tiflisə getmirik, Bakıdayıq. Unudulub.

AFFA əlində cəmlənən bir klub rəhbərliyi aydın məsələdir, azarkeşlərin gəlməməsi üçün hər şey edəcəkdi. Çünki bunların AFFA-sı da eynidir, klubunun rəhbərliyi də. Amma bu “ağ çıxarmaqdır”.

Neçə artımlı biletli illərə. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!