Ötən ayın sonlarında avtomobil qəzasına düşən Əməkdar artist Mehriban Xanlarovadan xəbər var.
“Yeni Sabah”a danışan sənətçi səhhətinin yaxşıya doğru irəlilədiyini bildirib:
“Ayağımdan gipslər sökülüb, indi karsetdəyəm. Mazlarla və dəniz duzları ilə müalicəm davam edir. Lakin həkimlər gəzməyimə hələ də icazə vermirlər”. pizza mizza
Ziyarətinə gələn sənətçilər haqqında danışan M.Xanlarova bunları qeyd edib:
“Çox sənətçilər gəlib ziyarət etdi. Elələri var idi ki, gələcəyini gözləmirdim gəldilər, sağ olsunlar. Amma gəlməyini gözlədiyim sənətçilər var idi ki, ziyarətimə gəlmədilər. İnsanlıq halıdır. Kimsə heç nədən sığortalanmayıb. Belə bir şeyi düşmənimə belə arzulamıram. Düzdür, düşmənim çoxdur. Amma onlara belə arzulamıram".
Qeyd edək ki, Mehriban Xanlarova aprel ayının 26-da Qaradağ rayonunun Səngəçal qəsəbəsində avtomobili ilə qəza etmiş və aktrisanın ayağı əzilmişdi.
Əcəmi Əsədulla
Telegram kanalımız