Gənc jurnalist telekanalın rəhbərliyinə gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Gənc jurnalist telekanalın rəhbərliyinə gətirildi

Rəqəmsal

08 Oktyabr 2019 05:35 1062


"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan "Mədəniyyət" kanalında yeni kadr təyinatı olub.

“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, jurnalist Bəhruz Niftəliyev "Mədəniyyət" kanalında direktor müavini postuna gətirilib.

Xəbəri B.Niftəliyev özü də təsdqiləyib. “Sevgi və vicdanla işimi görməkdən hər zaman zövq aldım. Bundan sonra isə yoluma "Mədəniyyət" kanalının direktor müavini kimi davam edəcəm . Gəncləşən və inkişaf edən Azərbaycan televiziyasında belə bir vəzifənin mənə həvalə olunması qürurvericidir . Təşəkkür edirəm!”. Dominos pizza

Qeyd edək ki, Bəhruz Niftəliyev bundan əvvəl AzTV-nin "Mədəniyyət xəbərləri" redaksiyasında müxbir, redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb.

O, əməkdar jurnalist Flora Xəlilzadənin oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!