Gənc qalmağın sirri olan salat – Pəhriz deyil

saytların hazırlanması

Evə çatdırılma

Gənc qalmağın sirri olan salat – Pəhriz deyil

Sağlamlıq

22 İyul 2025 17:36 667


Sağlam və uzunömürlü yaşamağı hədəfləyən “longevity” (uzunömürlülük) yanaşması, yalnız arıqlamaq üçün deyil, həm də hüceyrə səviyyəsində yaşlanmanı yavaşlatmaq məqsədilə hazırlanıb.

Yenisabah.az xəbər verir ki, dietoloqların sözlərinə görə, bu sistem yalnız mövsümi deyil, davamlı və elmi əsaslara söykənən bir həyat tərzidir.

Yanaşmanın əsas prinsipləri: pizza sifarişi

İnflamasiya azaldılır – Xroniki iltihabın qarşısı alınır.

Mitoxondri funksiyaları gücləndirilir – Enerji səviyyəsi artır, yorğunluq azalır.

Otofagiya aktivləşir – Zədələnmiş hüceyrələr təmizlənir, hüceyrə yenilənməsi dəstəklənir.

Longevity-yə uyğun bəzi əsas qidalar:

Polifenol zəngin qidalar: yaban mersini, yaşıl çay, zerdeçal

Omega‑3: somon, sardalya, uskumru

Lifli, bitki əsaslı qidalar: paxlalılar, tərəvəz, tam taxıllar

Sağlam yağlar: zeytun yağı, avokado, qoz

Antioksidant ədviyyatlar: nanə, kəklik, şüyüd, sumax

Yaşa uyğun fərdi yanaşma:

Gənclər – profilaktik “sipər” rolunu oynayır.

Orta yaş – hormon balansını qoruyur.

65+ yaş – əzələ itkisinə qarşı “zırh” funksiyası daşıyır.

Yay mövsümü üçün xüsusi resept – “Longevity salatı”:

Tərkibi: roka və ya kahı, albalı pomidor, xiyar, kinoa, qaynadılmış noxud, qırmızı soğan, zeytun yağı, limon suyu, nanə, şüyüd, qoz, kəklikotu və sumax.

Bu salat orqanizmdə hüceyrələrin yenilənməsini dəstəkləyir, iltihabı azaldır və yüngül, sağlam yay yeməyi kimi ideal seçimdir.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!