Türkiyənin Konya şəhərində 21 yaşlı qız özünü 42-ci mərtəbədən atıb.
“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən plazaların birində baş verib. Belə ki, Aysun.Y adlı gənc plazanın sonuncu mərtəbəsində yerləşən restorana müştəri kimi gəlib. Bir müddət sonra binanın 42-ci mərtəbəsinə çıxan qız intihara cəhd edib. Lakin restoran işçiləri ona mane olmağa çalışıb. Əlindəki bıçaqla özünə zərər verən Aysun.Y daha sonra 42-ci mərtəbədən özünü atıb, nəticədə dünyasını dəyişib.
Hadisə yerinə gələn polis qızın çantasında ailəsinə yazdığı məktubu tapıb. “Sizə layiq övlad ola bilmədim. Məni bağışlayın. Sənə də layiq olmadım, səni çox sevdim. Məni boyunbağımla birlikdə dəfn edin”- deyə Aysun.Y məktubda yazıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, eyni binada keçən il də intihar hadisəsi baş verib. Özünü binadan atan Azərbaycanlı Tehran Alimoğ (23) 37 gündən sonra həyatını itirib.
Günay Rəsulqızı
Telegram kanalımız