Gənc sahibkar qəfil vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Gənc sahibkar qəfil vəfat etdi - FOTO

Hadisə

01 Mart 2026 13:24 595


Gəncə şəhərində tanınmış sahibkar, “Karamel” qadın geyimləri mağazasının sahibi vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, 1982-ci il təvəllüdlü Fərid Əkbərovun iş yerində səhhətində qəfil problem yarandığı bildirilir. O, təcili tibbi yardım avtomobili ilə şəhərdə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, mərhumda yüngül soyuqdəymə əlamətləri olub. Onun daha sonra vəziyyəti qəfil ağırlaşıb və şoka düşüb. Dördpendirli pizza

Qeyd edək ki, Fərid Əkbərov 25 ildən artıq idi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Onun Gəncədə geyim satışı üzrə bir neçə mağazası fəaliyyət göstərirdi və şəhər ictimaiyyəti arasında tanınan simalardan biri idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!