Gənc Tamaşaçılar Teatrının tavanı çöküb

saytların hazırlanması

Evə çatdırılma

Gənc Tamaşaçılar Teatrının tavanı çöküb

Mədəniyyət

17 Sentyabr 2019 09:16 1604


Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.

Hadisə bir neçə gün bundan əvvəl baş verib.

"Yeni Sabah" bildiri ki, faktı "Report"a teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib. Toyuqlu pizza

Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: "Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq".

Qeyd edək ki, "Facebook"da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!