“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi məhbus qadınların dəmir barmaqlıqlar arasında keçən ağır həyatına bir nəfəs vermək məqsədi ilə “Bir kitab, bir həyat” layihəsinə başlayıb.
Birliyin sədri Firuzə Cəlilovanın “Yeni Sabah”a bildirdiyinə görə bu, layihə vasitəsi ilə yazarlar öz kitablarını məhkum qadınlara hədiyyə verəcək. Nəticədə azadlıqdan məhrum olan qadınlar ağır keçən zamanlarını yeni nəşirdən çıxan dəyərli kitablarla keçirəcəklər. Bu kitablar maariflənməklə yanaşı onlara həyata fərqli üfüqlərdən baxmaq imkanı verəcək.
Nigar Arif “Adamların yağışı” adlı ilk kitabını məhkum qadınlara imzalı şəkildə hədiyyə edib. “Bəlkədə ən yaxşı peyvənd sevgidir” fikrini ön yazı şəklində təqdim edən yazar, bu kitab vasitəsilə kainata göndərdiyi sevgi mesajlarından böyük geridönüş gözləyir. İlk oxucularının sevgiyə möhtac məhkum qadınlar olmasının qəribə bir mistikası olduğunu düşünür. Pepperoni pizza
Qeyd edək ki, “Onlara bir kitab verin, zamana dəyər qatın” deyən Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyinin sədri Firuzə Cəlilova “Bir kitab, bir həyat” layihəsini bu ilin sonuna qədər davam edəcəyini bildirib.


Telegram kanalımız