Gəncə hadisələrinə görə 51 nəfərin işi icraata ayrılıb

saytların hazırlanması

Evə çatdırılma

Gəncə hadisələrinə görə 51 nəfərin işi icraata ayrılıb

Kriminal

07 Fevral 2019 21:48 934


Gəncə hadisələri ilə bağlı 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda Baş Prokurorluğun 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov bildirib.

Qeyd olunub ki, radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib. 1 nəfər barəsində isə həbsli axtarış elan olunub. Toyuqlu pizza

Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!