Gəncə sakini 17 yaşlı oğlanı qəsdən avtomobillə vuraraq öldürüb

saytların hazırlanması

Evə çatdırılma

Gəncə sakini 17 yaşlı oğlanı qəsdən avtomobillə vuraraq öldürüb

Kriminal

15 Noyabr 2025 11:09 543


Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov "VAZ 2107"-in sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib.

Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. pizza

Ə. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə. Fərzəliyevin "VAZ 2107" ilə onu qəsdən vurduğu bildirilir.

Ağır xəsarət alan Ə. Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

17 yaşlı Ə. Qurbanov hadisə baş verən gün Ə. Fərzəliyevin avtomobilini qaçırıbmış.

Hadisədən sorna "VAZ 2107"-in sürücüsü polisə təslim olub.

Ə. Qurbanovun atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!