Gəncə və yaxın rayonlarda qasırğa oldu, Göygölə dolu yağır

saytların hazırlanması

Evə çatdırılma

Gəncə və yaxın rayonlarda qasırğa oldu, Göygölə dolu yağır

Rəsmi

26 May 2023 21:25 1710


Bu saatlarda Gəncə şəhəri və yaxın rayonlarda kəskin hava şəraiti müşahidə olunur, leysan yağış və dolu yağır.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Göygöl rayonlarına leysan yağışlar yağıb, dolu düşüb.

Meydana gələn qasırğa nəticəsində bəzi kəndlərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə ildırım düşüb. Dördpendirli pizza

Hazırda Gəncə şəhərində də güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti hökm sürür. Gəncə şəhərində bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Qeyd edək ki, hava şəraiti səbəbindən avtomobil yollarında, əsasən də magistral yollarda nəqliyyatın hərəkətində çətinlik yaranıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!