Gəncə zavodu hazır elektrobusları istehsal adı ilə təqdim edir?  -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gəncə zavodu hazır elektrobusları istehsal adı ilə təqdim edir? - Açıqlama

İqtisadiyyat

16 May 2019 12:59 1658


“E - 321” markalı elektrobusun yığılmasının Gəncədə həyata keçirilmədiyi haqda məlumatlarla bağlı xəbər vermişdik. Qeyd edilirdi ki, elektrobuslar hazır şəkildə Belarusdan Azərbaycana gətirilib və yerli istehsal kimi ictimaiyyətə təqdim olunub. Hətta həmin elektrobusun qatar vasitəsi ilə Gəncəyə gətirilməsini özündə əks etdirən fotolar da yayılıb.

Məsələ ilə bağlı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, həmin elektrobuslar ilkin mərhələ üçün gətirilib:

“Elektrobuslar təbii ki, bizdə yığılır, istehsal edilmir. Və bu, ilk, yəni eksperimental versiyadır. O fotolarda göründüyü kimi, avtobusların yalnız korpusları gətirilib. Bu korpuslar Azərbaycanda qaynaq olunmur, rənglənmir. Bizim sifarişimizlə bu işlər Belarusda görülür.  Biz hazırda bu elektrobusların bazarını öyrənməyə çalışırıq.  Təbii ki, bazar tam şəkildə Azərbaycanda formalaşandan sonra digər vacib yığım işlərinin hamısı zavodumuzda görüləcək”. Pepperoni pizza

M.Rəhimov qeyd edib ki,  elektrobusların ehtiyat hissələrinin 30-40 faizinin yerli istehsalı nəzərdə tutulub:

“Bu da onun maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Amma çəkilənlər  karkasın şəklidir. Ban da, ehtiyat hissələri də, mühərriklər də - bunlar hamısı dəmiryol vasitəsilə ölkəmizə gətirilir. Kimsə həmin zaman banın şəklini çəkib. Banın içərisində olan yığımların hamısı zavodun öz mütəxəssiləri tərəfindən həyata keçirilir. Bu gün prezidentin ölkəmizdə iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər bizim zavod tərəfindən də həyata keçirilir. Müəssəmizdə yığılan maşınların sayının artırılmasına çalışırıq. Elektrobusların enerji baxımından xeyri var. Şəhərlərarası istifadə üçün çox yararlıdır. Hesab edirəm ki, görülən işlərə bu səpkidə yanaşmaq düzgün deyil. Çünki bu gün Gəncə Avtomobil Zavodu Azərbaycanın avtomobil sahəsində ən böyük flaqmanlarından biridir. Biz artıq 10 mindən çox traktor istifadəyə vermişik. Elektrobuslarla bağlı bu, ilk addımdır. Məsələyə inkişaf prizmasından baxmaq lazımdır. Deyilənlərin hamısı həqiqəti əks etdirmir”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!