Gəncədə 10 aylıq körpə niyə ölüb? - RƏSMİ 

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 10 aylıq körpə niyə ölüb? - RƏSMİ 

Sosial

22 Yanvar 2024 12:39 349


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə 10 aylıq körpə qızın xəstəxanada ölməsi barədə açıqlama verib. 

TƏBİB-dən Yenisabah.az-a bildirilib ki, 2023-cü il təvəllüdlü körpə 21.01.2024-cü il tarixində saat 2:29-da ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya gətirilib:

“Tibb müəssisəsinin Uşaq İntensiv Terapiya Bölməsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və sancı diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, saat 15:30-da vəfat edib”. pizza mizza

Qeyd edək ki, 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!