Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 5 yaşlı uşaq qızdırmadan öldü

Hadisə

19 Oktyabr 2019 10:08 1414


Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.

"Yeni Sabah" bildirir ki, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib. Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

/trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!