Gəncədə baş prokurorun qəbulunda narazılıq

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə baş prokurorun qəbulunda narazılıq

Xalqın səsi

24 May 2019 18:37 1450


Bu gün 200-ə yaxın insan gəncədə Azərbaycanın baş prokuroru Zakir Qaralovun qəbuluna düşməyə çalışıb. Amma görüşün keçirildiyi Gəncə Şəhər Prokurorluğunun binasına cəmi 25 sakin daxil ola bilib.

Gəncə sakinlərinin məlumatına görə, şəhər prokurorluğunun binası polis tərəfindən 200 metrədək dövrəyə alınıb və Qaralovun qəbuluna düşmək istəyənləri buraxmayıblar.

Polis vətəndaşları sıxışdıraraq, prokurorluqdan uzaqlaşdırıb. Marqarita pizza

Şikayətçilər arasında 2018-ci ilin iyulunda Gəncə hadisələri zamanı həbs edilən və sonradan işgəncələrə məruz qalan şəxslərin ailə üzvləri də var idi.

Bu insanların yaxınları dəfələrlə KİV-ə istintaqın qeyri-obyektiv aparıldığını, əsasən dindar şəxslər olan həbs edilənlərə işgəncə verildiyini bildiriblər.

Turan

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!