Gəncədə güclü zəlzələ olacaq? –Naqif Həmzəyevdən “qorxuruq” açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə güclü zəlzələ olacaq? –Naqif Həmzəyevdən “qorxuruq” açıqlaması

Siyasət

24 Fevral 2023 12:27 1831


"Kahramanmaraşda baş vermiş zəlzələdən sonra Gəncədə də anoloji fəlakətin baş verməsi ehtimalı bizi narahat edir"

Sfera.az  xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

“Türkiyədə baş verən zəlzələ bizi qorxudur. Çünki Kahramanmaraş ərazisində hələ 1138-ci ildə böyük zəlzələ baş verdikdən bir il sonra, Gəncədə 1139-cu ildə Göygölün yaranmasına səbəb olan irihəcmli dağıntılara səbəb olan zəlzələ olmuşdu. Buna görə də Gəncədə zəlzələnin başvermə ehtimalı insanları qorxudur. Ümid edirəm ki, bu fəlakətin qarşısını almaq üçün bina tikən şirkətlər yeyintilərə imkan yaratmaz və təməli doğru qurulan binalar tikərlər” – millət vəkili qeyd edib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!