Gəncədə HADİSƏ: Oğul atasını güllələdi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə HADİSƏ: Oğul atasını güllələdi - YENİLƏNDİ

Kriminal

12 Mart 2026 09:12 1315


Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə “Yeni Sabah”a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  Pepperoni pizza

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***

08:50

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadla bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, oğul atasını odlu silahla güllələyərək qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!