Gəncədə Kəlbəcər sakini güllələnərək öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə Kəlbəcər sakini güllələnərək öldürüldü

Kriminal

07 İyun 2024 20:57 558


Gəncədə Kəlbəcər sakinini güllələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. pizza hut

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

APA-nın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan B.Heydərov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!