Gəncə şəhərində yol qəzası baş verib.
"Yeni Sabah" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeyd alınıb. Markası və sürücüsü məlum olmayan avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynova S. adlı qadını vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Sürücünün hadisə yerindən qaçdığı bildirilir. Dominos pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız