Bu gün Gəncə şəhərində Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun ilk şəhidləri - 13 qəhrəman əsgərin xatirəsinə inşa edilən abidənin açılış mərasimi keçirilib.
Yenisabah.az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyənin bir sıra rəsmi şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanla Türkiyə arasında tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. pizza sifarişi
Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyənin Gəncədəki Baş Konsulluğu və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Abidənin hündürlüyü 7 metrdir, memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Telegram kanalımız