Gəncədə Qarabağ qazisindən dəhşətli əməl...

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə Qarabağ qazisindən dəhşətli əməl...

Kriminal

08 İyun 2024 10:03 2151


İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan Bəxtiyar Heydərovu xilas etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, araşdırmalar zamanı hadisəni törədənin Kəlbəcər rayon sakini H. Mamedov olması müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb. pizza

Gəncə Şəhər Prokurorluğundan  verilən məlumata görə araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub.

Qətl törədən şəxs Vətən müharibəsi iştirakçısıdır. Lent.az-ın əldə etdiyi məlumata görə, qətl törədən 36 yaşlı Hikmət Manafov Vətən Mürahibəsi iştrikaçısı və 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O, "Suqovuşanın Azad olmasına görə" medal və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!