Gəncədə şəhid lövhələri niyə yığışdırılır?   - RƏSMİ AÇIQLAMA + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə şəhid lövhələri niyə yığışdırılır? - RƏSMİ AÇIQLAMA + VİDEO

Sosial

26 May 2025 19:09 1633


Gəncə şəhərində yolun kənarında quraşdırılmış şəhid lövhələri yığışdırılır.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən "Qafqazinfo"nun sorğusuna belə cavab verilib: “Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılıb. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq tamamilə yararsız hala düşüb, orijinal görkəmini itirib. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınıb. Marqarita pizza

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən “İstiqlal” parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilib, lövhələr quraşdırılıb, eyni zamanda gencesehidleri.az saytı hazırlanaraq istifadəyə verilib”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!