Gəncədə sex yandı - Hadisə yerindən VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə sex yandı - Hadisə yerindən VİDEO

Hadisə

11 Yanvar 2025 21:12 936


Gəncədə mebel sexində yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ü.Hacıbəyli küçəsindəki sexdə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb. Sezar pizza

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!