Gəncədə yaşayış binası yanıb.
FHN-dən “Yeni Sabah”a verilən məlumata görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.
Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. pizza mizza
Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız