Gəncədə yeniyetmə qız bıçaqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə yeniyetmə qız bıçaqlanıb

Kriminal

05 Fevral 2019 17:39 1153


Gəncə şəhərində yeniyetmə qızı bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N. İsmayılovanın qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub. Dominos pizza

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N. İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!