Gəncədəki qətlin təfərrüatları məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədəki qətlin təfərrüatları məlum oldu

Kriminal

26 İyun 2024 19:37 1015


Gəncədə törədilən qətlin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.

M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovu bıçaqlamaqda da şübhəli bilinir. pizza

Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin başqa xəstəxanasına çatdırılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!