Gəncədən Mineralnıye Vodı şəhərinə birbaşa aviareyslər açılır

saytların hazırlanması

Evə çatdırılma

Gəncədən Mineralnıye Vodı şəhərinə birbaşa aviareyslər açılır

Turizm

29 May 2024 21:16 24949


Rusiyanın "Azimut" aviaşirkəti iyun ayından Mineralnıye Vodıdan (Rusiya) Gəncə şəhərinə (Azərbaycan) uçuşlara başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladimir Vladimirov məlumat yayıb.

"Biz Mineralnıye Vodı hava limanından yeni marşrut açırıq. İyunun 13-dən etibarən Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncəyə "Azimut" Hava Yollarının həftəlik birbaşa uçuşları başlayacaq. Bu, həm səyahətçilər, həm də sahibkarlar üçün logistikanı daha rahat edəcək, həmçinin regionumuza turist axınının artmasına kömək edəcək", - deyə qubernator əlavə edib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!