“Gənclər bacarır!” “Azercell Telecom”un dəstəyi ilə davam edir

saytların hazırlanması

Evə çatdırılma

“Gənclər bacarır!” “Azercell Telecom”un dəstəyi ilə davam edir

Rəqəmsal

14 İyul 2023 18:31 7324


Valideyn himayəsindən məhrum gənclərin həyat bacarıqlarını artırmaq məqsədilə təşkil olunan layihənin növbəti mərhələsində iştirakçılar yeni təlim proqramları keçib

“Azercell Telecom” MMC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları və gəncləri diqqət mərkəzində saxlayaraq onların inkişafını və təhsilini dəstəkləməyi davam etdirir. Ölkənin lider mobil operatorunun “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda uzunmüddətli “Gənclər bacarır!” layihəsinin növbəti mərhələsi çərçivəsində benefisiarlarla görüşlər keçirilib, seminarlar təşkil edilib.

Proqramda 15-25 yaş aralığında həssas qrupa aid 100 gəncin uğurlu məşğulluğu üçün zəruri əsas bacarıqlar aşkarlanıb, təlimçilərlə birgə sözügedən bacarıqların təkmilləşdirilməsi üzərində müxtəlif çalışmalar həyata keçirilib. “YouthLinks” platformasında modullara qoşulub praktiki çalışmaları yerinə yetirmək üçün SOS Uşaq Kəndi və icmaların yetirmələri təlimata uyğun olaraq qeydiyyatdan keçib. Valideyn himayəsindən məhrum gənclərin hüquqlarını qorumaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihədə onlar məşğulluq yolunda qarşılaşdıqları maneələri aşmaq, uğurlu iş, karyera qurmaq üçün lazımlı biliklər əldə edib; müxtəlif təcrübə və beynəlxalq könüllülük proqramlarına müraciət üçün dövlət, biznes və beynəlxalq layihələrlə tanış olublar. Uzunmüddətli layihənin son mərhələsində peşə hazırlığını bitirmiş gənclərin həmin peşə sahələrində təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb. Toyuqlu pizza

2022-ci ildən "Azercell"in təqdim etdiyi qrant sayəsində həyata keçirilən "Gənclər bacarır!" layihəsi gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və məşğulluğunun təmin edilməsinə müsbət təsir göstərəcək, onların aidiyyəti əmək sahələrində işə yerləşməsinə yardım edəcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!