Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilb

saytların hazırlanması

Evə çatdırılma

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilb

Sosial

21 Fevral 2019 15:15 886


Bakı Gənclər Mərkəzində Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ilk iclası keçirilib. 

"Yeni Sabah" xəbər verir ki,  toplantıda fondun Müşahidə Şurasının gündəliyi müzakirə edilib və 2018-ci ildə görülən işlər barədə hesabat, iclas iştirakçıların diqqətinə çatdırılıb. 

Daha sonra 2019-cu il Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənb, o cümlədən 2019-cu ildə Gənclər Fondunun maddi texniki bazası əsasında fəaliyyətə başlayan Gənclərin Karyera və İnkişaf Mərkəzinin iş strukturu müzakirə olunub. Marqarita pizza

İclasda Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, həmçinin Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, mədəniyyət nazirinin müavini Rafiq Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri Seymur Vəliyev iştirak ediblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!