Azərbaycanda fəaliyyət göstərən bir qrup gənclər təşkilatı prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
“Yeni Sabah”a daxil olan müraciətdə bildirilir ki, bu gün Azərbaycanda 300-dən çox yaxın gənclər təşkilatı fəaliyyət göstərir ki, onların da mütləq əksəriyyəti prezidentin siyasətini dəstəkləyir.
Müraciət müəllifləri bildiriblər ki, Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” qanuna bəzi əlavə və dəyişikliklərin edilməsi təklifi irəli sürülüb və yaz sessiyası tərəfindən bu dəyişikliklər I oxunuşda qəbul edilib. “Bu əlavə və dəyişikliklər içərisində çoxsaylı təkliflər tərəfimizdən müsbət qiymətləndirilsə də, aparıcı gənclər təşkilatları rəhbərlərinin ciddi narahatçılıq, narazılıq və etirazına səbəb olan bir məsələ də bu təklif olunan dəyişikliklər paketinə daxil edilib”. Marqarita pizza
Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklifdir. Bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcədə Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları ilə də ziddiyət təşkil edir”.
Gənclər təşkilatları prezidentdən ədalətsiz və ciddi hüquqi ziddiyət təşkil edən bu müddəanın – “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə dəyişikliyin “Gənclər siyasəti haqqında” qanun layihəsindən çıxarılmasına kömək etməyi xahiş ediblər.
Telegram kanalımız