“Gəncliyin səsi” festivalına yekun vurulub

saytların hazırlanması

Evə çatdırılma

“Gəncliyin səsi” festivalına yekun vurulub

Sosial

06 Fevral 2019 17:06 868


5 fevralda Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutub.

“Yeni Sabah” xəbər verir ki, Gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirilib. 

Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının əhəmiyyətindən bəhs edib, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, gənclərə uğurlar arzulayıb. Sezar pizza

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirib ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırıb.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış ediblər. İştirakçılara təşəkkürnamələr təqdim olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!