“Azərbaycan Xalq Cümhuriyyətinin və Ordusunun 100 illik yubileyini qeyd etdiyimiz 2018-ci ilin ən əlamətdar hadisələrindən biri də Əlahiddə Ümumqoşun Ordunun tariximizə qızıl hərflərlə yazdığı Günnüt zəfəri oldu”.
“Yeni Sabah” xəbər verir ki, bunu Naxçıvan Qarnizonunun rəisi general-leytenant Kərəm Mustafayev Naxçıvan Qarnizonu qoşunlarında 2018-ci tədris ilində döyüş və döyüşə hazırlığın, maddi-texniki təminatın və hərbi intizamın vəziyyətinə dair yekun müşavirəsində deyib. O, bildirib ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal edilmiş Günnüt kəndi və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb. Dominos pizza
Kərəm Mustafayev 2019-cu tədris ilində döyüş və ictimai-siyasi hazırlıq üzrə fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələrə dair Ali Məclis Sədrinin tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, Naxçıvanın müdafiə və mühafizəsi daha da təkmilləşdiriləcək, muxtar respublikanın təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı bir təhdidin qarşısı qətiyyətlə alınacaq.
Telegram kanalımız