General Volkov yenə Xankəndində separatçı “deputat”ları qəbul etdi və Laçın yolunda...

saytların hazırlanması

Evə çatdırılma

General Volkov yenə Xankəndində separatçı “deputat”ları qəbul etdi və Laçın yolunda...

Siyasət

06 Dekabr 2022 20:49 3069


Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin komandanı, general-mayor Andrey Volkov  bu gün Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın 5 fraksiyasının rəhbərlərini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu haqda erməni mənbələri məlumata yayıb.

Görüş zamanı həm Azərbaycanın "təxribatları", həm də Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurulacağı barədə bəyanat müzakirə olunub. Volkov görüşdə Laçın yolunda azərbaycanlılarla  birgə heç bir keçid məntəqəsinin olmayacağını bildirib.  Dominos pizza

Volkova onun çıxışları barədə Azərbaycan telekanallarında yayılan videolarla  bağlı sual verildikdə Rusiya "sülhməramlı" qüvvələrinin komandiri guya onun çıxışının redaktə olunduğunu və kontekstdən çıxarıldığını deyib.

Xatırladaq ki, ötən bir ildən çox müddətdə general Volkov dəfələrlə separatçı-terrorçu rejim nümayəndələri ilə görüşüb./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!