Binəqədi rayon, Biləcəri qəs. Natavan küç. 17, Ev-2,mən.26-da, Daxili Qoşunların hərbi hissəsinin zabit yataqxanasında yaşayan Qarabağ döyüşçüsü Nəsibov İntiqam Cərulla oğlu prezident İlham Əliyevə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, o, müraciətində bildirib ki, 1992-ci ildən Azərbyacanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1993-cü ildə Ağdam və Füzuli istiqamətlərində gedən döyüşlərdə yaralanıb, kəllə-beyin travması alıb.
Hazırda iki övladının olduğunu deyən İ. Nəsibov uzun illər kirayədə yaşadığını, 2014-cü ildə isə xidmət etdiyi hərbi hissəsinin zabitləri üçün olan binadan xidməti mənzil verildiyini qeyd edib: “Uzun illərdir ev növbəsində olduğumdan evlə təmin olunmağımı gözləyirdik. Lakin 45 yaşımın tamam olması ilə əlaqədar pensiyaya çıxmağımla bağlı bizə xidməti evi boşaltmaqla əlaqəli xəbərdarlıq edilib və martın 28-dək vaxt verilib. Bunun qarşılığında isə bizi heç bir evlə təmin etmirlər. Evlə təmin olunmadan mənzili boşaltsaq o halda evsiz küçələrdə qalmağa məcbur olacağıq, çünki indi kirayədə qalmağa da imkanımız yoxdur. Hazırda sağlamlığımda ciddi problemlər olduğundan Hosbitalda müalicə olunuram. Əməliyyat olunmağıma ehtiyac var. Hərbidən tərxis olunmuşam və pensiya almağım hələ təmin edilməyib. Bir sözlə ailəmizi maddi cəhətdən təmin etməyə heç bir gəlir yerimiz yoxdu, nəinki kirayədə qalmaq. pizza mizza
Yuxarı orqanları yazdığımız müraciətlərdən sonra iki dəfə problemimizlə əlaqədar Daxili Qoşunların rəhbərliyində, general Fəxrəddin Səmədovun qəbulunda olduq. General nəinki bizə qalmaq üçün mənzil tapmaqda köməklik edilməsi və vaxt verilməsini təmin etmədi, əksinə, martın 28-də polisin və xüsusi təyinatlıların vasitəsilə evdən atılacağımızla bağlı xəbərdarlıq etdi və bildirdi ki, biz sizə heç bir köməklik edə bilmərik.
Bütün bunlardan sonra belə qənaətə gəlirəm ki, mənim 28 illik hərbi xidmətim dövründə Azərbaycanın torpaqlarının müdafiəsi yolunda çəkdiyim əziyyətlər və sağlamlığımı itirməyimin heç bir dəyəri yox imiş. Biz ömrümüzü yelə vermişik, çünki bu qədər əziyyətdən sonra evsiz-eşiksiz qalmaq və dövlət tərəfindən heç bir dəstək görməməyin başqa adı yoxdur.
Ümid edirəm ki, naəlac bir ailənin bu xahişini nəzərə alacaqsınız”.
Moderator.az
Telegram kanalımız