General zəlzələ baş verən ərazidə - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

General zəlzələ baş verən ərazidə - Fotolar

Rəsmi

09 Fevral 2019 17:10 1308


Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev və nazirliyin müvafiq strukturlarının rəhbər şəxsləri zəlzələnin baş verdiyi Şamaxı rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin gedişi ilə tanış olmaq məqsədilə bölgəyə səfər ediblər.

“Yeni Sabah” xəbər verir ki, nazir müavini və aidiyyəti qurumların rəhbərləri zəlzələ nəticəsində zərər çəkmiş binaların vəziyyəti ilə tanış olduqdan sonra yerli sakinlərlə söhbət ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə FHN və aidiyyəti dövlət qurumları müvafiq işlər görür və bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası təbii fəlakət zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində fasiləsiz çalışırlar. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!