Generalın xaricdə dəyəri milyonlarla olan əmlakı üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Generalın xaricdə dəyəri milyonlarla olan əmlakı üzə çıxdı

Kriminal

08 Sentyabr 2019 14:11 7245


Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun Çexiyada inanılmaz mülkləri üzə çıxıb.

Yenisabah.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli paylaşıb. O, generala məxsus olan mülklərin sənədlərini yayıb. 

Çexiyada yerləşən əmlak 4 mərtbəli binadan ibarət 34 mənzil kompleksi, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzidir. Həmçinin 300 kvadrat metrlik restoran da generala məxsusdur. Marqarita pizza

V. Həsənovun bu əmlakı ilə bağlı ətraflı “Həsənin oğlulları” www.hasansons.eu saytından məlumat əldə edə bilərsiniz.

Tikintinin həyata keçirilməsi və mənzillərin satışını isə “HASAN & SONS” şirkəti həyata keçirir ki, bu işə də rəhbərliyi V. Həsənovun qardaşı Həmid Həsənov rəhbərlik edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!