“Bu ilin yanvar-fevral ayında Azərbaycan Dövlət Neft Fondu 951,1 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Məlumata görə, bu məbləğ, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 mln. dollar və yaxud 43,4% çoxdur. ARDNF tərəfindən 2018-ci ilin yanvar-fevral ayları ərzində 663,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. O, məlumatı bu cür izah edib:
“Ölkədə büdcə xərcləri artdıqca, dollara təlabat artır, çünki xərclərin bir qismi korrupsiyaya yem olur, həmin vəsait dollara çevrilir. İstehlak çoxaldıqca dollara təlabat artır, çünki ölkədə corab-tuman belə istehsal edilmir, geyimə xərclənən hər manatın 65 qəpiyi dollar olub, Çinə-Türkiyəyə gedir. Azərbaycanda məntiqsiz lahiyələr olduqca (Məsələn, Neftçalada vintacanla maşın yığmaq) dollara təlabat artır. Sağlıq durumu pisləşdikcə dərmana təlabat artır, deməli dollar ölkədən uçur. Maaş-təqaüd-ödənişlər artıqca dollara yönələn manat da artır, çünki əhali qazandığının rəsmi rəqəmlərə görə 48%-ni, qeyri-rəsmi hesablamalara görə 60%-dən çoxunu ərzağa, yeməyə xərcləyir ki, bunun da 75%-i ya birbaşa xarici maldır, ya da üstünə yerli yazılmış, tərkibi xaricdən alınan, burda isə sadəcə qablaşdırılan mallardır. pizza sifarişi
Qısası, bu sistemlə məmləkətdən dollar çıxmaması üçün gərək əhali ac-yalavac, lüt, sağlam şəkildə evdə otursun, məmurlar isə büdcəni oğurlamasın”.
Telegram kanalımız