Gəzməyə getmişdi, dərəyə yıxıldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Gəzməyə getmişdi, dərəyə yıxıldı - VİDEO

Hadisə

09 May 2025 18:47 596


Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lerik rayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Toyuqlu pizza

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçün nəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü E.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!