Aerobika gimnastikası üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Açıq çempionatda iki medal qazanıb.
“Yeni Sabah” xəbər verir ki, milli komanda 15 ölkənin qatıldığı turnirdə fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344 xal) qazandırıb.
Daha bir uğurlu çıxış isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V.Dolmatov 19.800 xalla turnirin gümüş medalına layiq görülüblər. Qarışıq cütlükdə İ.İmranov və M.Mustafayeva 6-cı, fərdi çıxışlarda E.Məmmədov 5-ci, N.Hüseynova isə 7-ci yeri tutub. pizza sifarişi
9-11 yaşlı gimnastların mübarizəsində isə Azərbaycanın yeganə təmsilçi Məryam Topçubaşova fərdi proqramda çıxış edərək qızıl medal qazanıb.
Azərbaycan idmançıları Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi “Junior Team Cup” beynəlxalq turnirində də medal qazanıblar.
26 ölkədən 140 gənc gimnastın toplaşdığı turnirdə 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının iştirakçısı Səməd Məmmədli bürünc medala layiq görülüb. Onun dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. S.Məmmədli turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.
Rüstəm Əhməd isə öz yaş kateqoriyasında dəstəli atda finala vəsiqə qazanıb. Yekun mərhələdə gənc gimnastı 12.200 xalla 4-cü olub.
Telegram kanalımız