Aerobika gimnastikası üzrə milli komandamızın üzvləri Portuqaliyanın Kantanhe şəhərində keçirilmiş Dünya Kubokunda iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasından "Yeni Sabah"a verilən məlumata görə, ölkəmizi qrup proqramında İmran İmranov, Vladimir Dolmatov, Mədinə Mustafayeva, Balaxanım Əhmədova və Nərminə Hüseynova təmsil ediblər. Gimnastlarımızın çıxışı hakimlər tərəfindən 18.161 xalla dəyərləndirilib və onlar turniri 6-cı yerdə başa vurublar.
Fərdi çıxışlarda isə ən yaxşı nəticə V.Dolmatova aid olub. İdmançımız 20.300 xalla 9-cu yerdə qərarlaşıb. Marqarita pizza
Telegram kanalımız