Ginekoloq ölkəmizdə epidemiya kimi yayılan xəstəlikdən danışdı:   “18 yaşına kimi qızlarınıza...”

saytların hazırlanması

Evə çatdırılma

Ginekoloq ölkəmizdə epidemiya kimi yayılan xəstəlikdən danışdı: “18 yaşına kimi qızlarınıza...”

Sağlamlıq

25 Oktyabr 2019 14:06 1667


Azərbaycanda uşaqlıq boynu xərçənginə qarşı peyvəndin  - İnsanın Papilloma Virusu (Human Papilloma Virus, İPV) vaksinin tətbiqinə başlanılıb.

Bəs bu peyvəndi kimlər vurdurmalıdır? Ən əsası peyvənd ödənişlidirmi?

Mövzu ilə əlaqədar olaraq mama-ginekoloq, cərrah Fəxrəndə Rəsulova “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu peyvəndin 18 yaşa kimi şəxslərə vurulması vacibdir:  Toyuqlu pizza

“Son zamanlar İPV virusu həddindən artıq çox yayılıb. Təkcə cinsi yolla deyil, kontaktla belə keçiricilərlə yoluxma olur. Buna görə də artıq analara qızlarını peyvənd etdirməsini məsləhət görürük. Aktiv hücəyrə müşahidə ediriksə, mütləq peyvənd olunmalıdır. Əsasən 18 yaşa kimi qızların peyvənd olunması vacibdir. Çünki 18 yaşdan sonra artıq bədən bu viruslarla rastlaşır".

F.Rəsulova bildirib ki, uşaqlıq boynu xərçəngindən qorunmağın tək yolu ən az 6 aydan bir "PAP- smear" testindən keçməkdir: 

"Beləliklə, həkim aktiv hüceyrənin olub-olmamasını müəyyən edir. Bu peyvəndin son zamanlar çox məsləhət olunmasına səbəb İPV virusunun epidemiya kimi yayılmasıdır".

Ginekoloqun sözlərinə görə, Azərbaycana Türkiyədən sifarişlə gətirildiyi üçün hazırda bu peyvənd ödənişli əsaslarla vurulur.

Qeyd edək ki, uşaqlıq boynu xərçəngi İPV-nin müəyyən tipləri nəticəsində inkişaf edir. Bu qadınlar arasında 4-cü ən çox rast gəlinən xərçəng növü sayılır. Hər il dünyada 528 min yeni uşaqlıq boynu xərçəngi xəstəsinin qeydə alınır və bu xəstəlikdən 266 min insan ölür.

Uşaqlıq boynunun xərçənginin əmələ gəlməsinin əsas risk faktorlarına cinsi həyatın erkən (14-15 yaşından) başlaması, erkən və gecikmiş hamiləliyin və doğuşun olması, cinsi əlaqə tərəfdaşlarının tez-tez dəyişdirilməsi, urogenital (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiyalar (xüsusən, papillomovirus infeksiyasının), uşaqlıq boynunun xəstəlikləri, travmatik doğuşlar, çoxsaylı cərrahi abortlar (uşaqsalmalar) aiddir. Əfsuslar olsun ki, uşaqlıq boynu xərçəngi ilkin dövrlərində özunü heç bir əlamətlə büruzə vermir. Əlamətlər üzə çıxdıqda isə proses artıq xeyli dərəcədə inkişaf etmiş olur.

Uşaqlıq boynu xərçənginin gecikmiş dövrlərində xəstələr uşaqlıq yolundan xeyli miqdarda selikli-qanlı ifrazatın olmasından, zəif və ya güclü qanaxmalardan şikayət edirlər. Qanaxma bilavasitə cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra baş verə bilər. Daha sonra xəstələrdə qarın nahiyəsində, bəzən beldə və aralıq nahiyəsində ağrılar yaranmış olur. Şişin ölçülərinin artması və onun yanaşı orqan toxumalarına (bağırsaq, sidik kisəsi, uretra) keçməsi ilə ağrıların daha da şiddətlənməsi müşahidə olunur.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!